Şəhid Anar Kazımovun anasının dəfn mərasimində ürəyi dayanıb?

Sosial şəbəkələrdə Azərbaycan Ordusunun dünən Laçında şəhid olan əsgəri, 2004-cü il təvəllüdlü Kazımov Anar Rüstəm oğlunun anasının da vəfat etməsi ilə bağlı xəbərlər paylaşılıb.

Metbuat.az-a dəfndə iştirak edən yaxınları məlumat verib ki, bu barədə məlumat əsassızdır. Şəhidin anasının səhhətində hər hansı ciddi narahatlıq yoxdur.

Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər 2004-cü il təvəllüdlü Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

O, bu gün Şəmkir rayonunun Qarcəmirli kəndində kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Gülər Seymurqızı


Bizi teleqramdan izləyin: https://t.me/metbuat


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR