Qərbi fətva ilə hədələdi:

“Düşmənlərin İrana qarşı təhdidləri artarsa, lider Ayətullah Əli Xameneidən nüvə silahı barədə fətvasını geri çəkməsini istəyə bilərik”.

Metbuat.az xəbər verir ki, bu barədə iranlı deputat Rıza Sebbagiyan Bafki açıqlama verib. O bildirib: “Düşmən bilsin ki, təhdidlər davam edərsə, İran liderindən nüvə silahlarla bağlı strategiyasını və fətvasını uyğun olacağı təqdirdə dəyişdirməsəni istəyəcəyik”.İranlı deputat iddia edib ki, nüvə silahını ərsəyə gətirmək İran üçün asan olacaq.

Qeyd edək ki, 2000-ci ildə İran lideri Ayətullah Əli Xamenei nüvə silahının hazırlanmasının və istifadə edilməsinin qadağan edilməsi barədə fətva verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR