Türkiyəli sabiq səfirdən Ermənistana İSMARIC:

“Görünür, Ermənistan 44 günlük Vətən müharibədən dərs almayıb. Heç kim can Azərbaycanın gücünü yoxlamağa cəhd etməsin. Çünki, Azərbaycanın güclü lideri və Prezidentini dəstəkləyən xalqı var”.

Bu fikirləri Metbuat.az-a Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib. Səfir hesab edir ki, Azərbaycanın müasir silahla təchiz edilmiş ordusu hər hansı bir hücumun qarşılığını verəcək qədər güclüdür”.

Hulusi Kılıç

“Azərbaycan ordusu avqustun üçündə Laçında şəhid olan əsgər Anar Kazımovun qisasını alaraq, elə bu adla da “Qisas” antiterror əməliyyatı həyata keçirdi. Əvvəlcə terrorçu ermənilərin başlatdığı atışma nəticəsində şəhid olan Anar Kazımova Allahdan rəhmət diləyir, ailəsinə baş sağlığı verirəm. Artıq onun qisası alındı. 21 əsrin Azərbaycanı keçmişə nəzərən qat-qat daha çox ayaqları üzərində durmağı bacaran bir dövlətə malikdir. Bütün bunların əyani sübutu da 44 günlük Vətən müharibəsidir. Ötən gün həyata keçirilən antiterror əməliyyatı ilə ilanın başı əzildi. Ermənistan terrorçuları bir daha belə bir cəhd etsələr bunun cavabı daha fərqli olacaqdır. Biz Qarabağda olan rusiyalı sülhməramlılardan onlara verilən tapşırığın həyata keçirilməsini gözləyirik. Onlar 10 Noyabr 2020 anlaşmasına görə, erməni separatçı terorçuların əlindəki silahları tezliklə toplamalıdılar. Bu sülhməramlıların vəzifəsi və məhsuliyyətidir. Sülhməramlılar Azərbaycanın torpaqlarında terrorçu fəaliyyətlə məşğul olmalarına imkan verməməlidirlər”.

Səfir qeyd etdi ki, baş verənləri Türkiyə yaxından izləyərək, dəstək verməkdə davam edir.

“Türkiyə olaraq, Azərbaycanın haqlı davasının həmişə yanında olacağıq. Biz Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində vəziyyəti yaxından izləyirik. Arzumuz bölgədə sülh və sabitliyin davamlı olmasıdır. Düşünürəm ki, avqustun beşində Putinlə Ərdoğan arasında Soçidə keçiriləcək görüş əsnasında bu məsələ də müzakirə olunacaqdır. Məqsəd bölgədə uzunmüddətli sülhə və rifaha nail olmaqdır. Ermənistan Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyirsə, əvvəlcə Azərbaycanla əlaqələri normallaşdırmalıdır. Sülh müqaviləsinin tezliklə imzalanması lazımdır. Ümid edirəm ki, Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra Ermənistan özünə dərs götürərək qısa müddət ərzində sülh masasına oturmağı təklif edəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR