“Bəzi DSK-ların sərhədlərini dəyişməyə məcburuq” -

“Dairə seçki komissiyalarının sərhədləri dəyişəcək. Ancaq bizim üçün əsas məsələ nə qədər mümkündürsə, bir o qədər az dairənin sərhədinin dəyişməsidir”.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, vətəndaşların arzularını maksimum dərəcədə yerinə yetirməyə çalışıblar: “Amma dairə seçki komissiyalarının sərhədləri dəyişəndə bəzi problemlər meydana çıxır. Bu, qaçılmazdır. Biz bəzi dairə seçki komissiyalarının sərhədlərini dəyişməyə məcburuq. İnsanlar arasında yerlərdə gərginlik yaranmamasına diqqət yetirməliyik. Seçicilərin razı qalması və rahat olması üçün çalışmalıyıq. Çünki başqa mənzərə yarana, ciddi gərginliyə səbəb ola bilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR