"Necə olub ki, həmin radikal qrup belə asanlıqla səfirlik binasına daxil ola bilib?" -

"Polisdən əlavə, səfirliyin özünün mühafizə xidməti varmı və varsa, onlar olay zamanı nə edib, hansı tədbiri görüb?"

Metbuat.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görə, diplomatik nümayəndəliklərin mühafizəsi dövlətin məsuliyyətindədir:

"Diplomatik nümayəndəliklərin mühafizəsi qəbul edən (yerli) dövlətin məsuliyyətindədir. Necə olub ki, həmin radikal qrup belə asanlıqla səfirlik binasına daxil ola bilib? Polis hara baxırmış? Polisdən əlavə, səfirliyin özünün mühafizə xidməti varmı və varsa, onlar olay zamanı nə edib, hansı tədbiri görüb?

Provokasiyanı törədən radikal qrup kimdir? (Adı önəmli deyil.) Məramı nədir? Bunlar Britaniya vətəndaşlarıdır, yoxsa qaçqın və ya başqa statusla orada yaşayırlar? Niyə Azərbaycanı hədəf seçiblər?

Bu sualların cavablarını bilmədən hadisəyə dəqiq qiymət vermək mümkün deyil.

Əlbəttə ki, hər kəs bu olayı istədiyi şəkildə qiymətləndirməkdə sərbəstdir, lakin mən hələlik yalnız Böyük Britaniya hökumətinin hadisəyə görə məsuliyyət daşıdığını qeyd etmək istərdim. Onlar bu barədə izahat verməlidir".

Londondakı səfirliyimizə hücum edənlər belə SAXLANILDI - VİDEO

Qeyd edək ki, ötən gün Azərbaycanlın Londondakı səfirliyi radikalların hücumuna məruz qalıb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR