İosif Stalin saxlandı -

Şri-Lanka polisi yerli müəllimlər həmkarlar ittifaqının sədri İosif Stalini həbs edib. O, bu ilin may ayında icazəsiz mitinq və etiraz aksiyalarının təşkilində günahkar bilinib.

Metbuat.az xəbər verir ki, Stalinin həbsi zamanı o etiraz edərək polislə mübahisəyə başlayıb. Lakin bu cəhdləri faydasız olub. Onu müvəqqəti saxlama təcridxanasına göndəriblər.

Məlumat üçün bildirək ki, Şri Lankadakı etirazlar ölkə iqtisadiyyatına zərbə vuraraq böhran həddinə yüksəlib. Xüsusən özünü İosif Stalin kimi qələmə verən ittifaq sədrinin mütəmadi aksiyaları səbəbindən də ölkədə daha həyati əhəmiyyətli məhsulların - ərzaq və dərman qıtlığı da yaşanır.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR