Daha 3 yük gəmisi Ukraynadan ayrıldı

Daha 3 yük gəmisi Ukrayna limanlarından ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, göyərtəsində tonlarla taxıl və qarğıdalı olan gəmilər 3 istiqamətdə üzür. Gəmilərin hər 3-ü İstanbuldakı Birgə Koordinasiya mərkəzində yoxlanıldıqdan sonra üzməyə davam edəcək.

Qeyd edək ki, “taxıl sazişi”ndən sonra ilk gəmi 3 gün əvvəl Odessadan ayrılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR