Xəzərdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib -

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Bu barədə Metbuat.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avqustun 4-ü saat 17:45-də DSX Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə “Abşeron Milli Parkı”nın Şahdili burnu ərazisində 2 nəfər şəxsin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub.

Qısa müddət ərzində Sahil Mühafizəsinin xidmətdə olan “Şahdağ” sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilərək xilasetmə əməliyyatına cəlb edilib.

Saat 18:15-də Şahdili burnunun qərb istiqamətində, sahildən təxminən 1 000 metrədək məsafədə köməksiz vəziyyətdə qalan Abşeron rayon Masazır qəsəbə sakinləri - 1995-ci il təvəllüdlü Əsədov Hüseyn Sultan oğlu və 1991-ci il təvəllüdlü Novruzlu Nicat Elşad oğlu sərhədçilər tərəfindən xilas edilib. İlkin tibbi yardım göstərildikdən sonra onlar “Abşeron Milli Parkı” ərazisində sahilə çıxarılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR