FHN əməkdaşı qəza törətdi:

Ötən gün ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Oxu.Az-a istinadən xəbər verir ki, avqustun 5-i saat 12:00 radələrində Ələt-Astara yolunun 12-ci kilometrliyində 1985-ci il təvəllüdlü E.Ağayev idarə etdiyi “Nissan” markalı maşını aşırıb.

Avtomobilin içərisində olan sərnişinlərdən biri, sürücünün qardaşı arvadı, 1988-ci ilə təvəllüdlü A.Ağayeva hadisə yerində ölüb.

Özü və qardaşı oğlu 2007-ci ilə təvəllüdlü Ə.Ağayev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, sürücü E.Ağayev Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Bölməsində çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR