Ərdoğan Qarabağda baş verənlərdən

“İki gün əvvəl qardaşım İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərindən səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib:

“İlk öncə azərbaycanlı qardaşlarımızın birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”, - Prezident vurğulayıb.

Ərdoğan həmçinin Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu barədə də danışıb:

"Azərbaycanın Londondakı səfirliyinə hücumu da qəbuledilməz hesab edirik. Ümid edirik ki, bu hadisə ciddi, ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR