Azərbaycan cüdoçuları dünya çempionatına hazırlaşır

Cüdo üzrə Azərbaycan milli komandası Polşanın Zakopane şəhərində beynəlxalq təlim-məşq toplanışına başlayıb.

Federasiyanın mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, avqustun 17-dək davam edəcək hazırlıq prosesinə 14 cüdoçu qatılıb.

Onlar millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizov, fiziki hazırlıq üzrə məşqçi Həsrət Məhəmmədovun rəhbərliyi altında hazırlıq keçirlər.

Toplanışı 6 - 12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR