Qarabağ Seyid Ocaqları 20 Yanvarla bağlı tədbir keçirib

Qarabağ Seyid Ocaqları 20 Yanvarla bağlı tədbir keçirib
11:54 19 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib.

İctimai Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib ki, 25 il əvvəl bacı və qardaşlarımız Azərbaycanın dövlət müstəqilliyinə nail olması üçün canlarından keçiblər. Onun sözlərinə görə, nəinki 20 Yanvar, o cümlədən Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanların həyatı müasir gənclik üçün örnəkdir: “Milli və mənəvi dəyərlərimizin mühafizə olunmasında, gənc nəslə çatdırılmasında dövlətimizlə yanaşı, mənəviyyat adamları, ziyalılar da əlindən gələni etməlidir”.

Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Sadiq Erarslan şəhidlik məktəbindən danışaraq deyib ki, 20 Yanvar şəhidləri də Qurani-Kərimdə qeyd edildiyi kimi ölməyib. Onun sözlərinə görə, indi cəbhə xəttində Vətəni müdafiə edən qəhrəmanların sayəsində tezliklə Qarabağ torpaqları işğaldan azad ediləcək və şəhidlərimiz Şuşada, Xənkəndində anılacaq.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin köməkçisi Amil Cavadov, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, tarixçi alim Dilavər Əzimli və digərləri bu kimi tədbirlərin əhəmiyyətindən danışıblar.

Sonda 20 Yanvar, o cümlədən bütün şəhidlərin ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb.

  


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR