Babadağda həlak olan şəxsin meyiti hələ də çıxarılmayıb -

Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunun Təzəkənd kəndindən 4 nəfər Babadağa ziyarətə getmək istəyiblər. Lakin yağışlı hava şəraitindən onlar dağda köməksiz vəziyyətdə qalıblar. 3 nəfər - Xudaverdiyev Niyyət, Xudaverdiyev Ağa və qardaşı Xudaverdiyev Emil sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər. Palçıqlı yol səbəbindən dərəyə düşərək həlak olan Məmmədov Mübariz Əliağa oğlunun isə meyiti tapılıb.

Metbuat.az-a həlak olan şəxsin qardaşı Fərhad Məmmədov bildirib ki, meyit hələ çıxarılmayıb. Qardaşı meyitin tapılması üçün hadisə baş verən zaman birlikdə olan digər 3 şəxsin də axtarışa cəlb olunmasını istəyir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda həlak olan şəxsin meyitinin yeri müəyyən edilib, çıxarılması üzrə tədbirlər görülür:

"Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyən edilib. Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işlər aparılır. Nəticəsi barədə məlumat veriləcək".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR