"Qarabağ"ın bu oyunçuları "Ferentsvaroş"la olan səfərdəki görüşü də

"Qarabağ"ın kapitanı Maksim Medvedev Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu buraxacaq.

Metbuat.az-ın məlumatına görə, bunu "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Medvedevin belində ağrılar var, buna gör də matçda iştirak etməyəcək.

Həmçinin "Qarabağ"ın digər zədəli futbolçusu Kevin Medina da bu oyunu buraxacaq.

Qeyd edək ki, Kevin Medina və Maksim Medvedev Bakıdakı ilk qarşılaşmanı da buraxıb.

Xatırladaq ki, "Qarabağ" sabah səfərdə "Ferentsvaroş"la görşəcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Evdə baş tutan oyunda qalib müəyyənləşməyib – 1:1.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR