Yükdaşıma qaydalarını pozan sürücülər saxlanılıb -

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobillərinin sürücüləri saxlanılıb.

Bu barədə Metbuat.az-a Baş Dövlət Yol Polisi İdarəsibdən məlumat verilib.

Bildirilib ki, “Kamaz” markalı 11-BX-118 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanov Səxavət Səfər oğlu və eyni markalı 11-BX 919 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanlı Mirdamət Səfər oğlu İdarə etdikləri yük avtomobillərinin dövlət qeydiyyat nişanlarını gizlədərək yükdaşıma qaydasını pozduqlarına görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı sürücülərin qeyd olunan nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olmadığı da müəyyən edilib. Sürücülər barəsində müvafiq sənədləşmə aparılaraq qanunauyğun tədbirlər görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR