Çavuşoğludan MESAJ: “Dost da, düşmən də bilsin ki, can Azərbaycan tək deyil”

“Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil”.

Metbuat.az xəbər verir ki, bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Cənubi Qafqazda sülhün və normallaşma prosesinin başlanmasına şərait yaradıb. Nazir həmçinin Ermənistanın Azərbaycan mövqelərini atəşə tutması ilə bağlı “Ermənistana bir daha xəbərdarlıq edirik” deyə Yerevana xəbərdarlıq edib.

Bununla yanaşı Çavuşoğlu Türkiyənin Avropa İttifaqının konkret addımlar atmasını gözlədiyini də xatırladıb.

"Türkiyənin necə vazkeçilməz bir ölkə olduğunu yaratdığımız bir proqramla izah edəcəyik. Türkiyə Avropadır və Avropanın Türkiyəyə ehtiyacı var. Avropanın təhlükəsizliyinin Türkiyəyə ehtiyacı var. 360 dərəcə mənzərə ilə ətrafımızdakı hər bölgədə davamlı sülhün dili ilə davam etmək istəyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR