Yaxın 3 günə olan hava proqnozu açıqlandı:

Milli Hidrometeorologiya Xidmətinin avqustun 8- i saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Kişçay (Şəki), Xaltan, Qrız, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Kürdəmirdə şimşək çaxıb, arabir yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin avqustun 8-dən 9-a keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub- şərq küləyi əsəcək. Havanın maksimal temperaturu günorta saatlarında 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da avqustun 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənir. Ayrı-ayrı bölgələrdə yağışın intensivləşəcəyi ehtimalı var. 10-u və 11-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın maksimal temperaturu aran rayonlarında 34-39 dərəcə, dağlarda 20-25 dərəcə isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR