Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? -

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit-küləkli və yağıntılı hava şəraiti bu gün gündüz saatlarına qədər davam edəcək"

Bunu Metbuat.az-a açıqlamasında Ekologiya Təbii Sərvətlət Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Gülşad Məmmədova bildirib ki, bu gün yağıntılar tədricən kəsiləcək:

"Ayın 10 və 11-də hava əsasən yağmursuz keçəcək. Bakıda və Abşeron yarımadasında yaxın 2-3 gün ərzində hava şəraiti yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək, havanın temperaturu 30-35 dərəcə təşkil edəcək.

Bölgələrə gəlincə, yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi aran rayonlarında 32-37, dağlarda 20-25 dərəcə isti olacaq".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR