Azərbaycanda vergi ödəyicilərinin sayı 7% artıb

Bu il avqustun 1-nə Azərbaycanda 1 370 252 vergi ödəyicisi olub ki, bu da ötən il avqustun 1-i ilə müqayisədə 6,9% çoxdur.

Metbuat.az xəbər verri ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, vergi ödəyicilərinin 87,6 %-i fiziki şəxslər, 12,4 %-i hüquqi şəxslər və digər təşkilatlardır.

Son 1 ildə fiziki şəxslərin sayı 6,7 % (ümumi artımın 84,3 %-i), hüquqi şəxslərin sayı isə 8,9 % (ümumi artımın 15,7%-i) artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR