Peskov Ukraynanı təhdid etdi:

"Ukraynada "Bayraktar" Türkiyə pilotsuz uçuş aparatlarının istehsalı zavodu tikilərsə, dərhal demilitarizasiya ediləcək".

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Bu, ukraynalıların əzab çəkmələrini uzadacaq, lakin hərbi əməliyyatın məqsədindən yayına bilməyəcək", - Peskov qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Türkiyənin "Baykar" şirkətinin Ukraynada "Bayraktar" PUA-larını istehsal edəcək zavod üçün torpaq sahəsi aldığını demişdi. Onun sözlərinə görə, təxminən bir həftə əvvəl hökumət ikitərəfli sazişi təsdiq edib və onu ratifikasiya üçün parlamentə göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR