Azərbaycan ərazisində qanunsuz erməni silahlılarının olmasına imkan verməyəcək - Ceyhun Bayramov

"Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycan öz suveren ərazisində heç bir qanunsuz erməni silahlı qüvvələrinin mövcud olmasına imkan verməyəcək".

Metbuat.a xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TRT haber-ə müsahibəsində deyib.

Naziri bildirib ki, 3 Avqust hadiəsilərinə əsas səbəb 44 günlük Vətən Müharibəsi başa çatdıqdan və üçtərəfli bəyannamənin imzalanmasından sonra təxminən 1 il 9 ay müddətində Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir:

"Sülhməramlılar bölgəyə daxil olanda Ermənistan silahlı qüvvələri getməli idi. Amma hələ də orada erməni silahlı birləşmələri var. Onlar növbəti dəfə təxribata müdaxilə ediblər və gənc əsgərlərimizdən biri şəhid olub. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələr "Qisas" əməliyyatına başlayıb.Bu əməliyyatda düşmənə sarsıdıcı zərbələr endirilib.Vasitəçilərin müraciətləri sayəsində avqustun 3-ü axşam saatlarında bu əməliyyat dayandırılıb".

Ceyhun Bayramov bildirib ki, Ermənistan istəsə də, istəməsə də Azərbaycan öz suveren ərazisində heç bir qanunsuz erməni silahlı qüvvələri saxlamayacaq:

"Biz Ermənistandan bu təxribatlara son qoymasını tələb edirik. Ermənistan öz öhdəliklərini tam yerinə yetirməlidir. Gələcəkdə oxşar hərəkətə cəhd etməməlidirlər. Azərbaycanın bu məsələyə yanaşması aydındır. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycan öz suveren ərazisində heç bir qanunsuz erməni silahlı qüvvələrinin mövcud olmasına imkan verməyəcək. Biz bunu dəfələrlə demişik. Düşünürük ki, Ermənistan tərəfi buna ciddi yanaşmalıdır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR