Nazir: "Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq"

"Artıq Araz çayı üzərində ilk körpünün tikintisinə başlanılıb. Yəni bizim Azərbaycanın digər ərazilərindən Naxçıvana keçmək üçün alternativimiz var. Demək istədiyim odur ki, Ermənistan istəsə də, istəməsə də bu reallaşacaq. Bu, bir şansdır".

Metbuat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov TRT Haber-ə müsahibəsində deyib. Danışıqlara paralel olaraq Azərbaycan ərazisində Ermənistan sərhəddinə qədər həm avtomobil, həm də dəmir yollarının tikintisi, avtomobil və dəmir yollarında işlərin 50 faizdən çoxunun tamamlandığını deyən Bayramov bildirib ki, bu işlər 2023-cü ildə yekunlaşacaq:

"Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında alternativ kommunikasiyaların yaradılması baş tutacaq. Sadəcə regional əməkdaşlıqdan kənarda qalmamaq üçün indi Ermənistana növbəti şans verilib. Qərarı isə özü verəcək. Hesab edirik ki, İrəvan düzgün qərar qəbul etməsə, ən böyük zərər özlərinə dəyəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR