"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” - "Ferentsvaroş" cütünün qalibinin potensial rəqibləri olan “Şerif” (Moldova) və “Viktoriya” (Çexiya) 3-cü mərhələnin cavab oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, oyun Çexiya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tiraspolda keçirilən görüşdə də eyni hesabla qalib gələn "Viktoriya" pley-offa yüksəlib.

"Qarabağ“ Bakıdakı görüşdə "Ferentsvaroş"la 1:1 hesablı heç-heçə edib. Budapeştdə keçirilən oyunda isə Ağdam klubu 1:3 hesabı ilə qələbə qazanıb.

Beləliklə, Qarabağ pley-off mərhələsində Çexiyanın "Viktoriya” klubu ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR