Ukraynanın Azərbaycandakı səfirindən “Qarabağ”a dəstək

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Qarabağ” futbol klubuna dəstək verib.

Metbuat.az xəbər verir ki, diplomat bu barədə feysbuk hesabında paylaşım edib.

"Yaşasın Qarabağ! Çempionlar Liqasına xoş gəlmisiniz! Azərbaycanlı dostlarımıza növbəti inamlı qələbələr arzulayırıq!", - diplomat yazıb.

Qeyd edək ki, “Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununa çıxıb. “Qarabağ”ın rəqibi Macarıstan çempionu “Ferentsvaroş” klubu olub. Budapeştdəki “Groupama Arena”da oynanılan matç Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstanın çempionu ilə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibinə qalib gəlib və iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.

Azərbaycan təmsilçisinin növbəti - pley-off mərhələsindəki rəqib Çexiyanın “Viktoriya” komandası olacaq. Bu cütün qalibi Çempionlar Liqasının qrup mərhələsində oynayacaq. Pley-off mərhələsinin ilk matçları avqustun 16-17-də, cavab görüşləri isə avqustun 23-24-də təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR