Rusiya BMT-dən təcili brifinq üçün xahiş etdi:

Rusiya BMT Təhlükəsizlik Şurasından Zaporojye Atom Elektrik Stansiyasına (ZNPP) hücumlar ilə bağlı iclas keçirilməsini xahiş edib.

Metbuat.az xəbər verir ki, iclasın keçiriləcəyi tarix avqustun 11-ə planlaşdırılıb. Məlumatı Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski təsdiqləyib.

Rusiya qarşıdan gələn iclasda MAQATE-nin baş direktoru Rafael Qrossinin məruzəçi qismində iştirakını da xahiş edib.

Qeyd edək ki, Zaporojye AES - Avropada ən böyük, Ukraynada bütün elektrik enerjisinin dörddə birini istehsal edir. Onun gücü təxminən 6 min meqavat, altı enerji blokundan ibarətdir. 1996-cı ildən ZNPP Ukraynanın nəzarətində olan milli nüvə enerjisi istehsal edən Energoatom şirkətinin ayrıca bölməsidir. Bu ilin martında ərazi Rusiya qüvvələri tərəfindən nəzarətə götürülüb. İndi AES tam gücü ilə 70% işləyir, çünki Zaporojye vilayətinin azad edilmiş ərazisində istehsal olunan elektrik enerjisi çoxluq təşkil edir. Gələcəkdə onun Krıma çatdırılması da planlaşdırılır.

Xatırladaq ki, Ukraynanın “Enerqoatom” nüvə şirkəti şənbə günü bildirib ki, Rusiya raketləri açıq yerdə 174 konteyner işlənmiş nüvə yanacağının saxlandığı anbara atəş açıb.

“Buna görə də radiasiya vəziyyətinin pisləşməsi və ya işlənmiş nüvə yanacağının olduğu konteynerlərdən radiasiyanın sızması halının vaxtında aşkar edilməsi və cavab tədbirlərinin görülməsi hələlik mümkün deyil,” məlumatda bildirilir.

Zavodun işçilərinin yaşadığı işğal altında olan Enerqodarın Rusiya tərəfindən təyin edilmiş administrasiyası Ukraynanın 220 mm-lik “Uraqan” reaktiv raket sistemindən istifadə edərək zərbə endirdiyini bildirib.

“İnzibati binalara və anbara bitişik əraziyə ziyan dəyib,” məlumatda deyilir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri şənbə günü verdiyi açıqlamada atom elektrik stansiyasında vəziyyətə toxunaraq bildirib ki, “Zaporijya atom elektrik stansiyasının təhlükəsizliyini təhlükə altına qoyan hərbi əməliyyatlar tamamilə qəbuledilməzdir və nəyin bahasına olursa olsun qarşısı alınmalıdır.”

Cümə günü ilk hücumdan sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri atışmaların nüvə fəlakəti riskini göstərdiyini bildirib. Mərmilərin yüksək gərginlikli elektrik xəttinə dəyməsi radioaktiv sızma olmamasına baxmayaraq, stansiya operatorlarını reaktoru bağlamağa vadar edib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR