İlon Mask Tesla səhmlərini satdı -

Tesla-nın baş direktoru Elon Mask Tesla-nın təxminən 6,88 milyard dollar dəyərində 7,92 milyon ədəd səhmini satıb.

Metbuat.az xəbər verir ki, o bu vəsaitin "Twitter" ilə müqaviləsini maliyyələşdirmək üçün istifadə oluna biləcəyini söyləyib.

Qeyd edək ki, bu ilin əvvəlində Tesla və SpaceX CEO-su sosial mediada aprelin 28-dən sonra "daha Tesla satışının planlaşdırılmayacağını" söyləmişdi.

Keçən ilin sonunda Musk 16 milyard dollardan çox səhm satdıqdan sonra Tesla-nın səhmləri ucuzlaşıb ki, bu da beş ildən artıq müddətdə ilk satış idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR