Yaponiya höküməti istefa verdi

Avqustun 10-da Yaponiya hökuməti tam tərkibdə istefa verib.

Metbuat.az Kyodo agentliyinə istinadən xəbər verir ki, baş nazir Fumio Kişidanın rəhbərliyi ilə Yaponiya hökumətinin yeni tərkibinin tezliklə məlum olacağı gözlənilir.

Qeyd edək ki, Yaponiyada son üç həftə ərzində Nazirlər Kabinetinin reytinqi 10 faizədək aşağı düşüb. Bunun səbəbi kimi, ölkə daxilində inflyasiya və siyasətçilərin şübhəli əlaqələri göstərilir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR