Yaponiya yeni hökuməti təyin etdi

Yaponiyanın baş naziri Fumio Kişida ölkə hökumətinin yeni tərkibini açıqlayıb.

Metbuat.az İnterfaksa istinadən xəbər verir ki, hökumətin baş katibi Hirokazu Matsuno, xarici işlər naziri Yoşimasu Hayaşi, maliyyə naziri Şun'içi Suzuki və dövlət torpaqları, nəqliyyat, infrastruktur və turizm naziri Tetsuo Saito öz vəzifələrini saxlayıblar.

Artıq 2008-2009-cu illərdə bu vəzifəni icra edən Yasukazu Hamada müdafiə naziri olub. Keçmiş müdafiə naziri Nobuo Kişi baş nazirin milli təhlükəsizlik üzrə müşaviri olub. İqtisadi Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsinə hakim Liberal Demokrat Partiyasının siyasi şurasının sədri Sanae Takaiçi təyin edilib.

2017-2019-cu illərdə Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışmış Taro Kono rəqəmsallaşma naziri vəzifəsini alıb. Ölkənin İqtisadi İnkişaf Nazirliyinin keçmiş rəhbəri Yasutoşi Nişimura İqtisadiyyat, Ticarət və Sənaye naziri, eləcə də Rusiya ilə iqtisadi əməkdaşlığa cavabdeh nazir olub . Bundan əvvəl o, həm də COVID-19 ilə mübarizəyə cavabdeh idi.

Katsunobu Kato Səhiyyə Nazirliyinin rəhbəri , Yasuhiro Hanaşi ədliyyə naziri, Keyko Naqaoka isə təhsil naziri oldu. Tetsuo Nomuraya rəhbərlik Kənd Təsərrüfatı, Meşə və Balıqçılıq Nazirliyinə həvalə edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Yaponiya höküməti tam tərkibdə istefa vermişdi.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR