Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib.

Metbuat.az xəbər verir ki, müraciətdə deyilir ki, iyul ayı üzrə gəlir vergisi (Xüsusi notariuslar, idman mərc oyunları, lotereyalar, digər yarışlar və müsabiqələr üzrə), Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi, Mədən vergisi, Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri avqustun 20-dən gec olmayaraq təqdim edilməlidir.

Bəyannamələr vaxtında təqdim olunmasa hər bir bəyannamə üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR