Bakı aeroportunda nə baş verir? -

"1 saat 45 dəqiqədən çoxdur ki, AZAL-ın sistemi işləmir. Millət baqajını gözləyir. Bir o qədər də adam uçub getməyi. Nə bir bilgiləndirmə var, nə də uşaqlı-qadınlı əziyyət çəkən insanlara yardım edən".

Metbuat.az xəbər verir ki, bu sözləri hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan jurnalist Aqil Ələsgər deyib. O, AZAL-ın bu məsələ ilə bağlı oradakı vətəndaşları bilgiləndirmədiyini deyib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məsələ ilə bağlı məlumat yayıb: "Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir".

Bildirilib ki, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

Bir 3 nəfər və içəridə şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR