Azərbaycanlı futbolçu İsveçrə klubunda bərabərlik qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov çıxış etdiyi İsveçrənin "Qrasshopper" klubunda 2-ci qolunu vurub.

Metbuat.az xəbər verir ki, 23 yaşlı hücumçu səfərdə "Lütsern"ə qarşı keçirilən İsveçrə Super Liqasının I turundan təxirə salınmış oyunda fərqlənib.

38-ci dəqiqədə rəqib qapısına yol tapan forvard komandasının bərabərlik qolunun müəllifi olub.

Qeyd edək ki, hazırda qarşılaşmada fasilədir. İlk hissədən sonra hesab 1:1-dir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR