Bakıda vulkan

Bu gün yerli vaxtla saat 09:36-da Lökbatanda palçıq vulkanı püskürüb.

Bu barədə Metbuat.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən xəbər verilib.

Palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5 dəq. 12 san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.

Vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan və Qusar seysmik stansiyalarda qeydə alınıb



11:17

Bakının Qaradağ rayonunda vulkan püskürüb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR