Ukrayna ordusu təşəbbüsü ələ keçirib:

ABŞ-ın Ukrayna ordusuna “Himars” raket sistemlərini verməsi Rusiya ordusu üçün çətinliklər yaradıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, rus hərbçilər bazaların və yerləşdikləri binaların tez-tez atəşə tutulmasından sonra qüvvələri meşəlik ərazilərə çəkib. Məlumata görə, ruslar “HİMARS” raket sistemlərinin hücumlarından müdafiə olunmaq üçün bazalarını rotasiya etməyə məcbur qalıb. Qeyd edək ki, Ukrayna ordusu Melitopoldakı hərbi aedorumu vurub. Rusiya ordusu aerodromdan komanda məntəqəsi və hərbi baza kimi istifadə edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR