İranın yük gəmisinə hücum olub

İrana məxsus yük gəmisinə hücum olub.

Metbuat.az xəbər verir ki, bu barədə İranın Dəniz Qüvvələri məlumat yayıb. Bildirilir ki, gəmi Qırmızı dənizdə üzərkən naməlum qüvvələrin hücumuna məruz qalıb. Gəmiyə atəş açılıb. Gəmi xəbərdarlıq siqnalı göndərəndən sonra İran donanması hərəkətə keçib.

Ardınca hücumu təşkil edən qüvvələr qayıqlarla ərazidən uzaqlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR