Rusiya XİN Paşinyana CAVAB VERDİ

"Regiondakı vəziyyət bizim diqqət mərkəzindədir".

Metbuat.az xəbər verir ki, nazirliyin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə bu barədə sualı cavablandırıb.

"Regiondakı vəziyyət bizim diqqət mərkəzindədir. Avqustun 4-də Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatla çıxış edərək hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırıb. Biz bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatlarına uyğun həllinin zəruriliyini bir daha təsdiq edirik. Bu, 9 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndi əsasında həll edilməli olan Laçın dəhlizi ətrafındakı vəziyyətə də aiddir - bu bənddə nəzərdə tutulur ki, növbəti üç ildə tərəflərin razılığı ilə Laçın dəhlizi ilə nəqliyyatın hərəkəti üçün yeni marşrut xəttinin tikintisi müəyyən ediləcək. Rusiya tərəfi Ermənistan və Azərbaycan tərəfləri ilə daimi əlaqə saxlayır".

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə iddialarına münasibət bildirib: "Biz Rusiya sülhməramlılarının ayrı-ayrılıqda tənqid edilməsini əsassız hesab edirik. Sülhməramlılar vəziyyəti sabitləşdirmək üçün fəal işləyirlər. Onların rolu Bakı və İrəvanda qeyd olunub", - İ.Neçayev söyləyib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 4-də hökumətin iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinin suallar doğurduğunu deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR