Zəhərlənən yeniyetmələrin son durumu

Göygöl Rayon Mərkəzi Xəstəxanasına dünən zəhərlənmə şübhəsi ilə saat 16 radələrində ağır vəziyyətdə təcili tibbi yardım maşını ilə 4 yeniyetmə gətirilib.

Metbuat.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, 2010, 2011, 2013, 2014-cü il təvəllüdlü olan yeniyetmələr təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib:

"Reanimasyon tədbirlər görülərək yeniyetmələrin həyati funksiyaları bərpa olunub. Daha sonra yeniyetmələr həkim-reanimatoloqun müşayiətilə təcili tibbi yardım reanomobili vasitəsilə Bakıya təxliyə ediliblər. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən yeniyetmələrin hazırda həyati təhlükələri yoxdur, vəziyyətləri stabildir. Onların həkim nəzarəti altında müalicələrinə davam edilir".

Qeyd edək ki, məlumata görə, qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR