Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az-ın qaynar xəttinə daxil olan məlumata görə, qəza Qusar-Şahdağ yolunda baş verib. Belə ki, “Toyota Prius” markalı maşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində Birləşmiş Ərəb Əmirliyi vətəndaşları olan ər və arvad müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər iki yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla başğlı araşdırma aparılır.
Gülər Seymurqızı