Bu dillər yox olmaq üzrədir - SİYAHI

Dil insanların kommunikasiya qurmasında əsas amildir. İnsandan başqa digər canlıların özünə məxsus ünsiyyət qurma yolları olsa da, nitq qabiliyyəti olan yeganə canlılar insanlardır. Lakin, dil həmişə olduğu kimi qalmır və bəzən məhv olur. Heç toplumun ana dili olmayan dil isə ölü dil sayılır.

Dil müxtəlif səbəblərdən məhv ola bilər. Metbuat.az çox az istifadə olunan və məhv olma təhlükəsi olan bəzi dilləri təqdim edir:

Qaqauz (Bessarabiya). Qaqauz dili Şərqi Avropanın bir neçə yerində kiçik qruplar tərəfindən danışılan türk dilidir. XVIII-XIX əsrlərdə qaqauzdillilər Moldova Respublikasının cənubunda yerləşən Bujak bölgəsinə köçüblər. Bu gün qaqauzların danışıldığı əsas ərazi Bujakdır. Ukraynanın Odessa şəhərində və Bolqarıstanın Varna yaxınlığında bu dildə danışan bəzi icmalar da var. Daha kiçik qaqauz məskənləri Rumıniya, Serbiya və Orta Asiyada da tabılıb. Moldovanın Bujakarea bölgəsində təxminən 115.000 danışan var, lakin əksər icmalarda bu dil uşaqlara öyrədilmir və onun istifadəsi getdikcə azalır.