Zelenskidən xəbərdarlıq: Avropa dəhşətli fəlakətlə üz-üzədir

Ukrayna Prezidenti Vladimir Zelenski Zaporejye Atom Elektrik Stansiyasındakı vəziyyətlə bağlı xəbərdarlıq edib

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya nüvə fəlakəti təhlükəsini artırmaq üçün hər şey edir. Zelenksi Zaporejye Atom Elektrik Stansiyasında tarixin ən böyük radiasiya qəzası ola biləcəyi barədə xəbərdarlıq edib. Zelenski bildirib ki, Rusiya bu obyektdən terror və təxribat üçün istifadə edə bilər. Zelenski Rusiyanın atdığı qanadlı raketlərin AES üzərindən hərəkətinin təsadüfi olmadığına diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR