Krıma hücumu xüsusi təyinatlılar təşkil edib

Krımda Rusiyaya məxsus hərbi bazaya hücumu Ukraynanın xüsusi təyinatlıları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Bildirilir ki, bazada bir neçə güclü partlayış baş verib. Məlumata görə, Krıma hücum Ukrayna ordusunun Rusiyanın ən güclü mövqeləri olduğu ərazilərə hücum etmək qabiliyyətinin olduğunu nümayiş etdirib.

Qeyd edək ki, Krımdakı hərbi bazadakı partlayışlar nəticəsində 1 nəfər ölüb. Azı 8 rus təyyarəsi sıradan çıxıb. Çox sayda tikili dağılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR