Bayden məzuniyyətə çıxdı:

ABŞ Prezidenti Co Bayden və ailəsi yay məzuniyyəti çərçivəsində Cənubi Karolinada 20 milyon dollarlıq sahildəki malikanədə keçirirlər.

Metbuat.az xəbər verir ki, bu barədə "New York Post" mənbələrə istinadən yazıb. Ailəyə yaxın bir mənbə nəşrə bildirib ki, prezidentin ailəsi malikanənin sahibləri ilə dostdurlar və onlar dincəldikləri müddətdə heç bir ödəniş etməyəcəklər.

"Onlar əvvəllər burada qalıblar və pul ödəmirlər. Çünki onlar sadəcə dostdurlar” deyə mənbədən bildirilib. O da bəlli olub ki, bu mülk Baydenə Demokratlar Partiyasının uzun müddətdir sponsorlarından biri olan dul qadın Mariya Olvin tərəfindən verilib. Baydenə tətil müddətində oğlu Hanter də qatılacaq.

Qeyd edək ki, mülk iki hektar ərazidə yerləşir və böyük bir hovuzu var. Baydenin istirahəti gələn həftənin əvvəllərinə qədər davam edəcək.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR