Əliyevin bu görüşü yunanları silkələdi:

Konyada Azərbaycan Prezidenti İlham Əliyevlə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar arasında baş tutan səmimi görüş yunanları qorxuya salıb.

Metbuat.az Trthaberə istinadən xəbər verir ki, yunanlar “Azərbaycanın Şimali Kipr”i tanıya biləcəyindən narahat olub. Məsələ barədə Ersin Tatar Trthaber-ə açıqlamasında bildirib ki, yunanların bu davranışı onların çarəsiz olduğunu nümayiş etdirir. Ersin Tatar Prezident İlham Əliyevə Kipr türkləri adından təşəkkür edib.

Kipr Respublikasının Xarici İşlər Nazirliyi də Prezident İlham Əliyevlə görüş zamanı Ersin Tatarın Şimali Kipr Türk Respublikasının Prezidenti kimi təqdim edilməsindən narahatlıq ifadə edib və görüşün qəbuledilməz olduğu ifadə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR