Ölkədə qaz tarifləri dəyişdirilir? -

"Azəriqaz" Azərbaycanda qaza olan qiymətlərin dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, qaza olan tariflərin dəyişdirilməsi məsələsi gündəmdə yoxdur:

"Vurğulamaq istəyirəm ki, bu məsələyə "Azəriqaz" yox, Azərbaycan Respublikası Tarif Şurası baxır. Qiymətlərin dəyişməsi ilə bağlı hər hansı məsələ gündəmdə yoxdur",- deyə o bildirib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR