Mənzil arzusunda olanların NƏZƏRİNƏ:

Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Bakı şəhəri Yasamal rayonunda yerləşən Xarici Dairəvi yolu 6 ünvanındakı Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin satışı həyata keçirləcək.

Bu barədə Metbuat.az-a MİDA-dan məlumat daxil olub.

Ümumilikdə isə 815 mənzilin satışı 15 sentyabr 2022-ci il saat 11:00-da başlayaraq 22 sentyabr 2022-ci il 11:00-dək davam edəcəkş

“MİDA-nın sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası” uyğun olaraq gözləmə qaydasında məınzillərin seçimi 19 sentyabr 2022-ci il saat 11:00-da başlayaraq 22 sentyabr 2022-ci il 11:00-dək davam edəcək.

Agentlik bildirir ki, “Güzəştli mənzil” sistemindəın istifadə qaydası ilə bağlı ətraflı məlumat, o cümlədən mətn və video formatı təlimatlarla mida.gov.az, və mida.az internet saytlarının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçici vasitəsilə tanış olmaq mümkündür.

676767575575


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR