Zelenskini təhdid etdi: Tribunala çıxmaq istəmirsənsə aktyorluğa qayıt

Ukrayna Prezidenti Vladimir Zelenski ya tribunala çıxmalıdır, ya da komediya şoularında ikinci dərəcəli rollarına qayıtmalıdır”.

Metbuat.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev belə deyib. O bildirib ki, Zelenskinin başqa variantı yoxdur. Medvedyev həmçinin qeyd edib ki, Qərbin Ukraynaya silah dəstəyi verməsi müharibənin uzanmasına səbəb olur. Medvedyev Rusiyanın Ukrayna ilə bağlı qarşısına qoyduğu məqsədə nail olacağını ifadə edib. Medvedyev həmçinin ötən həftə Rusiya ordusunun işğalında olan Luqanskda olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR