Azərbaycanda qanunsuz ağac kəsiminə görə cinayət işi başlanılıb

Azərbaycanda qanunsuz ağac kəsiminə görə cinayət işi başlanılıb.

Bu barədə Metbuat.az Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində meşə fonduna daxil olmayan, həmçinin Xaçmaz meşəbəyliyinin 5 və 10 saylı və Oğuz meşəbəyliyinin 8a saylı dolayında meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi, ümumilikdə 33 min manatdan çox məbləğdə ziyan dəyməsi faktları aşkar edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR