Ölüm fərmanı verilən məşhur yazıçı BIÇAQLANDI:

Ötən gün Hindistanın məşhur yazıçısı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb.

Metbuat.az xəbər verir ki, Salman Rüşdi tədbirdə çıxış edən zaman bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq yazıçıya 10-15 bıçaq zərbəsi ilə xəsarət yetirib.

Hadisəni törədən şəxsin kimliyi artıq müəyyənləşdirilib. Məlumata görə, yazıçıya hücum edən şəxs "Şeytan ayələri" kitabına qəzəblənərək bu əməli törədib.

Salman Rüşdinin vəziyyəti ilə bağlı hər hansı bir açıqlama verilməyib.

Xatırladaq ki, həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuşdu. 1988-ci ildə kitab İranda qadağa edilib, hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası belə vermişdi. Rüşdini öldürən şəxsə 3 milyon dollardan çox mükafat təyin edilmişdi.

Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları yer alıb. Bu da İslama qarşı həqarət kimi qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR