Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş konfrans

11:58 19 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, İbrahim Əsədov, AzərTAc 
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi yad edilib.
Konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş imperiya ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı faciələrdən danışıb.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvara hüquqi-siyasi qiymət verildiyini xatırladan rektor, bu qanlı hadisənin heç zaman yaddan çıxmayacağını bildirib.
Digər çıxış edənlər də 20 Yanvar qırğınının dəhşətlərindən bəhs ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR