FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib -

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib.

Metbuat.az Nazirliyə istinadən xəbər verir ki, bu çərçivədə, Xidmət tərəfindən FHN-in Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Suraxanı rayon 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında, Nərimanov rayonunda yerləşən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda, Şimal-qərb Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Şamaxı regional “ASAN xidmət” mərkəzində, “Avromed Company” QSC-nin Şamaxı filialında, habelə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində, “Azərenerji” ASC-nin Şuşa, Zəngilan, Ağdam şəhərlərinin 110/35/10 kv-luq yarımstansiyalarında, “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində və “Azəristiliktəchizat” ASC-nin Şuşa İstilik Sistemləri İstismar Sahəsində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatının zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

Həmçinin, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR