Meymunçiçəyinin adı niyə dəyişdirilir?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi çox adını dəyişdirmək qərarına gəlib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ÜST xəstəliyin adının alçaldıcı və ya irqçi sayıla biləcəyindən narahatdır. Xəstəliyin iki növünün və ya növlərinin adı artıq dəyişdirilib. Meymunçiçəyi üçün ümumi yeni adın nə vaxt açıqlanacağı dəqiqləşdirməyib.

Hazırda xəstəliyin adı coğrafi ərazilərlə deyil, Roma rəqəmlərindən istifadə edilərk adlandırılır.

Xatırladaq ki, meymun çiçəyi termini ilk dəfə 1958-ci ildə istifadə edilib. May ayından avqustun ortalarına qədər bütün dünyada 31 000-dən çox meymun çiçəyi hadisəsi aşkar edilib. Bu xəstəlikdən İspaniyada ölüm qeydə alınıb. Bu, Avropada sözügedən xəstəlikdən məlum olan ilk ölüm hadisəsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR